AZAL-ın London reysi təxirə salınmayıb - FOTO

Bakı-London marşrutu ilə həyata keçirilən aviareyslər təxirə salınmayıb. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib. P.Kəsəmənskinin sözlərinə görə, mayın 5-də AZAL-ın Londonun “Hitrou” (Heathrow) hava limanına uçuşu yoxdur: “Bu günə bizim Londona aviareysimiz yoxdur. Növbəti günlərdə ola biləcək tədbirlərlə bağlı isə bizə məlumat verilməyib”. Xatırladaq ki, bu gün Londonun “Hitrou” hava limanına bir çox uçuşlar təxirə salınıb. Səbəb kimi isə təhlükəsizlik tədbirləri göstərilib. Metropoliten polisindən mediaya ötürülən məlumata görə, aeroportun terminallarından birində şübhəli bağlama aşkar edilib və bundan sonra polis araşdırmalara başlayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















