AZAL-ın Moskva reyslərində dəyişiklik yoxdur

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Moskvaya (Rusiya) və əks istiqamətdə həyata keçirdiyi aviareyslərin qrafikində heç bir dəyişiklik yoxdur”. Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
P.Kəsəmənskinin sözlərinə görə, Moskvada bu gün gözlənilən fırtınanın təmsil etdiyi aviaşirkətin uçuşlarına təsir etmək imkanı azdır.
Qeyd edək ki, Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq güclü fırtına gözlənilir. Sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada iyunun 30-da, günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.
Rusiya Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirlərinə riayət olunmasını, reklam lövhələri, küləkdə yırğalanan tikililərdən uzaq gəzməyi və əlverişsiz hava müddətində qapalı məkanda qalmağı tövsiyə edib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












