AZAL-ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik - Rusiya XİN

Rusiya Aktauda baş verən "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı istintaq çərçivəsində Qazaxıstanla əməkdaşlıq edir. Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə bildirib. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbləri ilə bağlı beynəlxalq araşdırma Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən aparılır. Rusiya tərəfi agentliyə bütün lazımi yardımı göstərir və Rusiya aviasiya bütün sorğulara cavab verib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










