AZAL-ın təyyarəsi Türkiyədə eniş etmədən Bakıya qayıtdı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 17:35-də həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb. Avtosfer.az-ın “APA-Economics”ə istinadən məlumatına görə, AZAL-a məxsus təyyarə "Atatürk" HavaLimanında eniş etmədən geriyə, Bakıya qayıdıb. AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb. “Burada ciddi bir problem olmayıb. Sadəcə kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reys ilə sərnişinlər İstanbula yola salınıb”, - deyə P.Kəsəmənski vurğulayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












