"AZAL prezidenti Azərbaycanca danışa bilmirsə..."

"Azərbaycan elitası dilimizə sayğısız yanaşır". Bu sözləri sherg.az-a millət vəkili Əflatun Amaşovun «AZAL təyyarəsində bələdçilər Azərbaycan dilinə hörmətsizliklə yanaşır” iddiasına münasibət bildirərkən Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Qulu Məhərrəmli söyləyib. Tanınmış jurnalistin sözlərinə görə, Azərbaycan dilinin qloballaşdırılması və dilçiliyin inkişafı ilə bağlı dövlət programına uyğun olaraq Azərbaycan dilinin ədəbi dilinin normaları, qayda- qanunları düzgün şəkildə təbliğ edilməlidir: "Bu səbəbdən adi küçə reklamlarından, afişaların üzərindəki yazılardan, televiziya və radio məkanına qədər sərt tələblər irəli sürülür. Bütün bunlara baxmayaraq, bu sahədə ciddi problemlərin olması təəssüfləndiricidir. Televiziyaların bəzilərində dil şurası olmasına baxmayaraq, düzgün fəaliyyət göstərmir. Azərbaycan dilinin düzgün təbliğ olunmamasının əsas səbəbi həmvətənlərimizin dilimizi sevməməsi, normalara diqqət etməyə çalışmamasıdır. Xüsusilə adını elita qoyan təbəqə dilimizə çox sayğısız yanaşır”.
Q.Məhərrəmli onu da diqqətə çatdırıb ki, ciddi tələblər qoyulmasa dilin bayağılaşması prosesi sürətlənə bilər: "AZAL prezidentinin özü Azərbaycanca danışa bilmirsə, təyyarə bələdçilərindən Azərbaycan dilini düzgün işlətməsini gözləmək real deyil. Hesab edirəm ki, kəskin tələblər qoyulmasa ədəbi dil normaların riayət edilməyəcək. Bu barədə ciddi tədbirlər görülməlidir».
Qeyd edək ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) şikayətçi olduğunu, şirkətin təyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşdığını bildirib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












