AZAL prezidenti turizmə belə zərbə vurur – BİABIRÇILIQ

Şamaxı şəhərində qeyri-adi restoran-istirahət mərkəzi fəaliyyət göstərir. Dəmirçilər kəndində - dövlət qoruğu sayılan Şahdağ Milli Parkının ərazisində yenicə istifadəyə verilmiş "Dəmirçilər" istirahət mərkəzi turizmə zərbə vurmaq üçün ən ideal məkandır. Avtosfer.az-ın məlumatına görə, burada qiymətlər həddindən artıq bahadır – bir şiş kabab 7 manat. Bu azmış kimi, restorana daxil olanlar üçün giriş adambaşına 5 manatdır. Yəni, 6 nəfərlə həmin restorana daxil oldunsa girişə 30 manat pul verməlisən.
Bütün bunlarla yanaşı, xidmətin keyfiyyəti bərbad haldadır. Təsəvvür edin ki, obyektin ərazisinə daxil olub gəzirsən, bir nəfər yaxınlaşıb demir ki, xoş gəlmisiniz, harada əyləşmək istəyirsiz? Əksinə, müştərilər başqa müştərilərdən "bura kim baxır" deyə soruşa-soruşa ofisantı və ya adminstratoru tapa bilirlər.
Qeyd edək ki, sözügedən restoranın "AZAL"ın prezidenti Cahingir Əsgərova aid olduğu bildirilir. Dəmirçilər kəndində bunu hər kəs danışır. Kənd sakinləri bildirir ki, "AZAL" rəhbərinin göstərişi ilə restorana yerli camaatdan ofisant işinə heç kim götürülmür. İşçilərin hamısı Bakıdan gətirilib və onlara aylıq 800 manat maaş verilir. Bundan əlavə, sakinlərin dediyinə görə, restoran təxminən bir aydır fəaliyyətə başlayıb. İlk günlər giriş 15 manat olub. Lakin müştərilər gəlib bu qiyməti gördükdən sonra restoranı tərk etdiyi üçün qiyməti 10 manata endiriblər. Bu da fayda vermədiyi üçün hazırda bir adam üçün restorana giriş haqqı 5 manatdır.
Qoruq ərazisində açılan bu restoran turizmi məhv etmək, insanlarda ikrah hissi yaratmaq üçün super ideyadır.
Emin
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI














