AZAL "Samsung Galaxy Note 7"-ni qadağan edib

"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviareyslərində “Samsung Galaxy Note 7” smartfonlarının əl yükündə və qeydiyyatdan keçən baqajda daşınmasını tam qadağan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən verilən xəbər görə, bu qərar ABŞ və bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib: "Əl yükündə smartfon aşkarlandığı halda telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir".
Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır. Həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.
"Başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatlıq yarada bilər, lakin "Azərbaycan Hava Yolları" üçün prioritet ilk növbədə göyərtədə təhlükəsizliyin təmin edilməsidir", - deyə QSC-dən bildirilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












