AZAL yeni “Boeing” təyyarələri alacaq - 1,9 milyardlıq saziş

"Azərbaycan Hava Yolları" (AZAL) QSC və “Boeing” Korporasiyası bu gün beş “B787-8 Dreamliner” və iki B747-8F (və yaB777F) təyyarələrinin alınması barədə razılığa gəlib. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov və “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister (Kevin McAllister) imzalayıb. Sazişin dəyəri 1,9 milyard dollar həcmində qiymətləndirilir. Təyyarələrin gətirilməsi 2019-2020-ci illərə planlaşdırılır. Saziş ən böyük beynəlxalq aerokosmik sərgi “Dubai Airshow 2017” çərçivəsində imzalanıb. "Əlavə “787 Dreamliner” təyyarələrini sifariş vermək qərarı aviaşirkətimizin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək - yeni təyyarələrin alınması bizə uçuşların coğrafiyasını genişləndirmək və artan sərnişin axınının öhdəsindən gəlməkdə kömək edəcək. Biz müasir sərnişin təyyarələrinin tədarükü, istismarı və xidməti sahəsində Azərbaycanın etibarlı tərəfdaşı olan “Boeing” Korporasiya ilə əməkdaşlığın genişlənməsindən məmnunuq", - deyə AZAL QSC-nin prezidenti Cahangir Əsgərov bildirib. "Biz "Azərbaycan Hava Yolları" aviaşirkətinin “Dreamliner” təyyarələrinə dəyişməz etimadını yüksək qiymətləndiririk”, - deyə “Boeing Commercial Airplanes”ın Prezidenti və baş icraçı direktoru Kevin Makalister əlavə edib. Yeni “787 Dreamliner” təyyarələrinin ən yüksək səviyyədə səmərəliliyi və rahatlığı təmin etməsi aviaşirkətin təyyarə parkının modernləşdirilməsi üzrə planlarına uyğundur və bu, yeni marşrutlar açmağa kömək edəcək və onların qarşıdakı uzun illər ərzində uzunmüddətli uğurunu təmin edəcək.
“Azərbaycan Hava Yolları” MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə “Azərbaycan Hava Yolları” 2 milyondan çox sərnişin daşıyıb.
AZAL ən yeni təyyarə parklarından birinə malikdir. Aviaşirkət "Boeing" Korporasiyası ilə böyük əməkdaşlıq tarixinə malikdir və hazırda "Boeing 787 Dreamliner", "Boeing 767" və "Boeing 757" təyyarələrini istismar edir. Gələn ildən etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına müasir “Boeing-737 MAX”təyyarələri əlavə olunacaq.
"Azərbaycan Hava Yolları" həmçinin “Airbus 340”, “Airbus 320”, “Airbus 319” və “Embraer 190” təyyarələrini uğurla istismar etməyə davam edir.
(5).jpg)
(1).jpg)
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












