“AZAL”dan millət vəkilinə CAVAB

“AZAL” millət vəkili Çingiz Qənizadənin ittihamlarına cavab verib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “qafqazinfo”ya açıqlamasında bidirib ki, hazırda biznes klassda ön sırada oturmaq üçün heç bir ödəniş tələb olunmur:
“Çingiz Qənizadənin dediyi sistem bizdə biznes klassda tərtib olunmayıb. Ancaq ekonom klassda bu sistem var. Ekonom klass üçün bilet alan sərnişin ön sırada oturmaq istədiyi təqdirdə əlavə pul ödəməlidir. Bu aviaşirkətlərdə normal bir praktikadır. Deputatın dediyi məsələ ilə bağlı biz araşdırma aparacağıq”.
Qeyd edək ki, parlamentin bugünkü plenar iclasında çıxış edən Çingiz Qənizadə biznes klassda ön sırada oturmaq istəyən zaman ondan 30 dollar ödəniş istənildiyini deyib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












