AZCON-da iki təyinat olub

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) 2 yeni təyinat olub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a AZCON-dan məlumat verilib.
Bildirilir ki, Orxan Madar oğlu Quliyev AZCON-da baş texnologiya və rəqəmsallaşma inzibatçısı - Rəqəmsal transformasiya departamentinin direktoru, Emil Alıxan oğlu Pənahov isə baş təchizat zənciri inzibatçısı - Təchizat zəncirinin idarəolunması departamentinin direktoru vəzifəsinə təyin edilib.
Orxan Quliyev 10 fevral 2024-cü ildən son təyinata qədər rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri olub. O, əmək fəaliyyətinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnformasiya texnologiyaları və rabitə idarəsində başlayıb. 2018-2025-ci illərdə “SOCAR Caspian İnnovation Center” MMC-də çalışıb və 2022-ci ildən etibarən baş əməliyyatlar direktoru vəzifəsini icra edib. Bakı Ali Neft Məktəbinin müəllimidir. O, 2021-ci ildə keçirilmiş birinci “Yüksəliş” müsabiqəsinin qalibidir.
O.Quliyev 1989-cu ildə anadan olub. O, SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi Berlin Texniki Universitetində Sənaye mühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrə bakalavr və magistratura təhsili alıb.
Emil Pənahov bu təyinatadək, 2022-2025-ci illərdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsində çalışıb. O, əmək fəaliyyətinə 2004-cü ildə BP şirkətində başlayıb. 2007-2012-ci illərdə “Paşa İnşaat” şirkətində Təchizat üzrə menecer kimi çalışıb.
2012-2022-ci illərdə “North West Construction” şirkətində Təchizat zəncirinin idarəolunması departamentinin direktoru, 2017-2022-ci illərdə “North West Construction” şirkətinin idarə heyətinin üzvü və şirkətin Monteneqro üzrə ölkə direktoru kimi fəaliyyət göstərib.
E.Pənahov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Tətbiqi kimya üzrə bakalavr təhsili alıb. Avropanın təchizat üzrə ixtisaslaşmış universitetlərinin bir çox təlimlərindən keçərək sertifikatlar əldə edib.
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO












