"AZCON Holding" və Əbu-Dabi Limanlar Qrupu arasında görüş keçirilib - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində Əbu-Dabi Limanlar Qrupunun (AD Ports Group) baş icraçı direktoru cənab Məhəmməd Cuma Əl-Şamisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Avtosfer.az bu barədə AZCON-a istinadən xəbər verir.
Məlumata görə, görüşdə "AZCON Holding"in nəqliyyat sahəsində həyata keçirdiyi layihələri müzakirə olunub. Həmçinin qurumla Holdinq arasında investisiya imkanları və potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Ötən ay "Bakı Gəmiqayırma Zavodu" MMC adından çıxış edən "AZCON Holding"lə "Abu Dhabi Ports Company" ASC arasında müqavilə imzalanıb.
İnşası 2028-ci ilə qədər gözlənilən gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq, Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhlizin gücləndirilməsində mühüm rol oynayacaq. Bu əhəmiyyətli marşrutda gəmiçilik potensialını genişləndirməklə gəmilər konteyner daşımaları üzrə sürətlə artan ehtiyacları ödəməyə, tranzit müddətlərini azaltmağa və ənənəvi marşrutlara davamlı və təhlükəsiz alternativ kimi dəhlizin rəqabət qabiliyyətini artırmağa kömək edəcək.
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO














