AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Müşahidə Şurasına yeni üzvlər təyin edilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədrinin müavini Eldar Məcidov və maliyyə nazirinin birinci müavini Anar Kərimov Şuranın üzvləri təyin edilib.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə AZCON Müşahidə Şurasının tərkibi təsdiq edilib. Sənədə əsasən, Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri, üzvləri isə iqtisadiyyat nazirinin müavini, maliyyə nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin idarə heyətinin sədri, Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədri və “Azərbaycan Kosmik Agentliyi”nin (Azərkosmos) İdarə Heyətinin sədridir.
Xatırladaq ki, E.Məcidov və A.Kərimovdan öncə ötən aya qədər maliyyə nazirinin müavini olmuş (hazırda iqtisadiyyat nazirinin müavini) Azər Bayramov və Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı olmuş ( hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin İdarə Heyətinin sədri) Əfqan Cəlilov Şuranın tərkibində yer alıb. A.Bayramov iqtisadiyyat nazirinin müavini, Ə.Cəlilov isə ASCO-nun idarə heyətinin sədri təyin edildikdən sonra AZCON-un Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.
Hazırda E.Məcidov və A.Kərimovla bərabər Şuranın üzvləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, “Dövlət Mülki Aviasiya Agentliyi”nin İdarə Heyəti sədrinin müavini Bəhruz Məlikov, Azərkosmos-un İdarə Heyəti sədrinin müavini Dünay Bədirxanovdur. Şuranın sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI












