Banner

Azər Baxşəliyevin ürəyinin fəaliyyəti BƏRPA EDİLDİ - Süni tənəffüs aparatına qoşulub - VİDEO - YENİLƏNİB

Gündəm 2 Yanvar 2025 18:49 Oxunub 558
Azər Baxşəliyevin ürəyinin fəaliyyəti BƏRPA EDİLDİ - Süni tənəffüs aparatına qoşulub - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova APA-nın sorğusuna cavab olaraq bildirib.

O bildirib ki, hazırda aktyorun vəziyyəti kritik ağır olaraq qalmaqdadır:

"Xəstənin bir müddət öncə ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti həddən artıq ağır kritik olaraq qalır".

Azər Baxşəliyev süni tənəffüs aparatına qoşulub (YENİLƏNİB)

***

Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.

Bu barədə ATU-dan məlumat verilib.

***

Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda reanimasiyadadır.

Bu barədə onun müalicə aldığı xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir.

***

"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".

Bu barədə onun həmkarı İlkin Həsəni məlumat verib.

O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.

***

Aktyor Azər Baxşəliyev vəfat edib.

Avtosfer.az xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.

Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh