“Azəravtoyol” 10 lotlu açıq tender elan edib

“Azəravtoyol” ASC magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların alınması məqsədilə açıq tender elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların satın alınması tenderi 10 lot üzrə keçirilir. Bu müqavilələr Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcək.
Lot-1 üzrə yol istismarı üçün təmir avandanlığı, lot-2 – yolun qış istismarı üçün təmiri avadanlığı, lot-3 - yol təmizləyici avadanlıq, lot-4 - yol işıqlandırmasının təmiri üçün avadanlıq, lot-5 – yol istismarı texnikalarının daşınması üçün avadanlıq, lot-6 – yol təmiri traktoru, lot-7 – yol istismarında asfalt örtüyünün təmiri üçün avadanlıq, lot-8 – yol istismarı təhlükəsizliyi avadanlığı, lot-9 - yol istismarında asfalt örtüyünün bərpası üçün avadanlıq, lot-10 üzrə isə yükləyicinin alınması nəzərdə tutulur.
İddiaçılar bir və ya bir neçə lot (müqavilə) üzrə təklif verə bilərlər. Tender məktubunda qeyd olunması şərti ilə, birdən artıq lot üzrə qalib olmaq istəyən iddiaçı öz tender qiymətinə güzəşt təklifi edə bilər.
Tenderdə iştirak haqqı lot-1 üçün 2 mln. dollar, lot-2 - 4 mln. dollar, lot-3 - 6 mln. dollar, lot-4 - 500 min dollar, lot-5 - 500 min dollar, lot-6 - 1 mln. dollar, lot-7 - 2 mln. dollar, lot-8 - 200 min dollar, lot-9 - 2 mln. dollar, lot-10 üçün isə 1,5 mln. dollardan az olmamalı və ya onlara bərabər məbləğdə olmalıdır.
Tender təklifləri 26 may saat 17:00-da açılacaq. Bütün tender təklifləri tender zəmanəti ilə birlikdə təqdim olunmalıdır. Sənədlər “Azəravtoyol” ASCyə (Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi,2025-ci məhəllə) təqdim edilməlidir.
Qeyd edək ki, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), Azərbaycan hökuməti “Azərbaycan magistral avtomobil yolu-3” layihəsi üzrə Dünya Bankı Qrupundan kredit vəsaiti əldə edib və həmin vəsaitin bir hissəsini “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün avadanlıqların satın alınması" məqsədilə sərf etmək niyyətindədir.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










