“Azəravtoyol” 2 yaşlı Zəhra və nənəsinin məzarlarını ziyarət edib - FOTO

“Azəravtoyol” ASC-nin rəhbərliyi və əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Quliyevanın yas mərasimində iştirak etmək üçün Alxanlı kəndində olublar. Cəmiyyətin rəhbərliyi hadisənin baş verdiyi ərazidə olub, kənd sakinləri ilə görüşüblər. Daha sonra mərhumların yaxınları ilə görüşərək onlara başsağlığı veriblər, həmçinin mərhumların qəbirlərini ziyarət edib, qəbirləri üzərlərinə gül dəstələri qoyublar.
Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti bir daha mərhumlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyir!
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI

















