"Azəravtoyol” camaatla niyə məzələnir?

Bu gün səhər Avtosfer.az saytında Bakı-Quba yolundakı vəziyyətlə bağlı yazı təqdim etmişdik. Yazının içərisində bir müddət əvvəl Xaçmaz-Yalama istiqamətində olan yolun da bərbad vəziyyətdə olması, həmçinin Qubadan Bakıya gələn istiqamətdə yolun sıradan çıxması barədə qeydlər var idi.
Gözlənilən idi ki, çox hörmət etdiyim həmkarımız Anar Nəcəfli bu barədə açıqlama verəcək. Çünki konkret olaraq ortada fakt var və bura məhəllədaxili yol deyil ki, icra hakimiyyəti və ya bələdiyyənin üzərinə atılsın. Bu magistral yoldur və ölkədə hamı bilir ki, əsas magistral yolların çəkilməsini, təmirini kim həyata keçirir.
“Azəravtoyol” ASC açıqlama verdi. Amma necə? “Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı təmir olunur”. Foto və videolarda isə 200-300 metr asfaltın döşəndiyi və asfaltökən maşının təsviri var. Əla hamıya aydın oldu ki, “siz işləyirsiniz.” Sizi bu münasibətlə də təbrik edirik. Amma...
Vətəndaşa bu qədər hörmətsizlik olmaz axı. Eyni zamanda ölkəmizdə turizmlə bağlı yeni planların olduğunu hamımız bilirik. Ölkə rəhbərliyinin istəyi odur ki, Azərbaycanın regionlarında turizm potensialı olan yerlərdə inkişaf olsun. Təbii ki, burada əhalinin sosial-iqtisadi vəziyyətinin də yaxşılaşması nəzərdə tutulur. Amma bu il də gözünü turizm sezonuna dikən şimal bölgəsinin əhalisi turistsiz qalacaqlar. Çünki, yol yoxdur. Amma “Azəravtoyol” “Qusar-Xudat avtomobil yolunun bir hissəsi əsaslı təmir edir”. Eləsin, işində olsun. Yəqin ki, şimal zonasında da rəsmi tədbirlər olacaq. Rəhbər şəxslər iştirak edəcək. O zaman bu yolun vəziyyətini də görəcəklər.
Yox yəqin ki, göstərməyəcəksiniz. Ayındır ki, ora müvəqqəti asfalt da döşəyəcəksiniz. Rəsmi tədbirlər olanda xətt çəkib yolun olduğunu da göstərəcəksiniz. Amma 10 gündən sonra oradan şütüyən "Kamaz"lar “yüksək keyfiyyətli yolu” bərbad vəziyyətə qoyacaq.
P.S. Biz yazırıq ki, yol yoxdur düzəldin, siz tamamilə başqa yeri göstərib iş gördüyününzü açıqlayırsınız. Cammatın əsəbləri ilə oynamayın, bir də ki, xahiş edirik, insanlarla məzələnməyin. Buna haqqınız yoxdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















