"Azəravtoyol" gücləndirilmiş iş rejiminə keçdi

Ölkə ərazisində qar yağacağı və havaların kəskin şaxtalı keçəcəyi xəbərdarlığı ilə əlaqədar "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejiminə keçib. Avtosfer.az xəbər verir ki, bu barədə açıqlamasında "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, bununla bağlı qurumun bütün texnikaları hazırlıqlı vəziyyətə gətirilib: "Yollar buz bağlayacağı təqdirdə yollara texnika və canlı qüvvə çıxarılacaq və hərəkətin fasiləsizliyi üçün tədbirlər görüləcək. Lazım olduğu təqdirdə xüsusi problemli ərazilər öncədən nəzarətə götürüləcək. Bunun üçün kifayət qədər duz və qum ehtiyatı toplanıb".
A.Nəcəfli bildirib ki, bütün bu tədbirlərlə yanaşı, sürücülər də ehtiyatlı olmalıdırlar: "Sürücülər nasaz avtomobillərlə, mövsümə uyğun olmayan şinlərlə yollara çıxmasınlar. Yollarda tədbirlər görülsə də, nasaz avtomobillərlə sürücülərin yollarda qalması ehtimalı var".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












