"Azəravtoyol" Kürdüstana dəstək verən məmur xəbərinə rəsmi aydınlıq gətirib

Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-dən mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli təəsüflə bildirib ki, bu cür məlumatın yayılmasına baxmayaraq onu tirajlayan heç bir media qurumu “Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib: "Halbuki bununla da həm o məlumatı yazan jurnalist, həm də onu yayan media qurumu birbaşa olaraq kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksini və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozub".
"Azəravtoyol" ASC rəsmi olaraq bildirir ki, yayılan məlumatar həqiqəti əks etdirmir, “Azəravtoyol” ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur:"Xahiş edirik ki, bundan sonra “Azəravtoyol” ASC ilə bağlı olan hər hansı məlumatı yayımlamamışdan bizimlə dəqiqləşdirəsiniz və yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı verəsiniz. Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq",- deyə A.Nəcəfli bildirib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












