"Azəravtoyol" nəqliyyat vasitələrinin satın alınması üçün tender keçirir

“Azəravtoyol” ASC "Magistral avtomobil yollarının istismarı" MMC-ləri üçün nəqliyyat vasitələrinin satın alınması məqsədilə açıq tender elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi qəzetdə elan dərc olunub. “Azəravtoyol” (satınalan təşkilat) “Magistral avtomobil yollarının istismarı MMC-ləri üçün nəqliyyat vasitələrinin satın alınması (Lot 1. Avtobuslar və kiçik tonnajlı yük maşınları; Lot 2. Universal (Pikap) və sərnişin daşıyan avto-nəqliyyat vasitələri)” üçün tələb olunan ixtisas meyarlarına cavab verən iştirak hüququ olan iddiaçıları tenderdə iştirak etməyə dəvət edir. Malların çatdırılma müddəti müqavilə imzalandığı tarixdən etibarən 180 gündür (altı ay). İxtisas meyarlarının qiymətləndirilməsində maliyyə imkanlarına (əgər iddiaçı istehsalçıdırsa) üstünlük veriləcək. Belə ki, iddiaçı son üç il üzrə orta illik dövriyyə, Lot 1 üçün 2.000.000 ABŞ dolları, Lot 2 üçün isə 2.000.000 dollardan az olmamalı, yaxud buna bərabər məbləğdə olmalıdır. Birdən artıq lot üzrə təklif vermək üçün iddiaçı həmin lotların hər biri üzrə qoyulan maliyyə tələblərinə bütövlükdə cavab verməlidir. Birgə müəssisə tərəfdaşları tələblərə birlikdə cavab verməklə yanaşı müstəqil qaydada tələblərin 50%-nə cavab verməlidirlər. Tenderdə iştirak etmək üçün iddiaçılar 300 manat və ya 170 dollar iştirak haqqı ödəməlidirlər. Tender təklifləri martın 10-u saat 17:00-dək “Azəravtoyol”a (“Bakı AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə, 224- cü otaq) təqdim edilməlidir. Qeyd edək ki, Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu - 3” layihəsinin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit vəsaiti əldə edib. Həmin vəsaitin bir hissəsini “Magistral avtomobil yollarının istismarı" MMC-ləri üçün nəqliyyat vasitələrinin satınalınması (Lot 1. Avtobuslar və kiçik tonnajlı yük maşınları; Lot 2. Universal (Pikap) və sərnişindaşıyan avtonəqliyyat vasitələri)” üçün sərf etmək niyyətindədir. Bu müqavilə Azərbaycan hökuməti ilə birgə maliyyələşdiriləcək.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










