"Azəravtoyol" problemli yolları nəzarətə götürüb

Qarlı, şaxtalı hava şəraiti ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) texnika və canlı qüvvəsi hazırlıqlı vəziyyətə gətirilib. Avtosfer.az xəbər verir ki, Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, Bakıda və ölkə ərazisində problemli yollar nəzarətə götürülüb: "Hər hansı problem olarsa, texnika və canlı qüvvə həmin ərazilərə cəlb olunacaq. Hazırda Bakıda və ölkə ərazisindəki bütün avtomobil yollarında avtomobillərin hərəkəti üçün problem yoxdur". A.Nəcəfli bildirib ki, tədbirlər görülməsinə baxmayaraq, sürücülər nasaz avtomobillərlə yollara çıxmasınlar: "Təcrübəsiz və hazırlıqsız sürücülər yollara çıxmasınlar. Həmin avtomobillər və sürücülərə görə, digər hərəkət iştirakçıları da əziyyət çəkir, yollarda tıxaclar yaranır. Həmçinin, həmin sürücülərə görə, texnikalarımız problem müşahidə olunan ərazilərə vaxtında çata bilmir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












