“Azəravtoyol” "Road&Traffic 2016" sərgisində iştirak edir - FOTOLAR

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti Bakı Ekspo Mərkəzində təşkil olunan 6-cı Xəzər beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat "Road&Traffic 2016" sərgisində iştirak edir. “Azəravtoyol” ASC-nin sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunda son illər Bakı şəhərində və bölgələrdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.
11-13 may tarixləri arasında davam edəcək "Road&Traffic 2016" sərgisində iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və s. üzrə xidmətlər təklif edirlər.
Emin
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF




















