"Azəravtoyol" Salyan yolundakı çökmədən danışdı

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Salyan şossesinin "Sədərək" Ticarət Mərkəzinə yaxın ərazisində baş verən çökmə ilə bağlı açıqlama verib. Avtosfer.az xəbər verir ki, bu barədə Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidə bir müddət əvvəl də çökmə olub və ərazi bərpa edilib: "Həmin hissədə qurunt sularının ötürülməsi üçün boru var. Ola bilsin ki, həmin boruda sızma olub və çökmə hadisəsi baş verib. Amma, bu çökmə yolda avtomobillərin hərəkətinə heç bir problem yaratmır. Ərazidə yolun asfalt örtüyü təxminən 8-10 santimetr çöküb." A.Nəcəfli bildirib ki, artıq "Azəravtoyol" əməkdaşları əraziyə baxış keçiriblər: "Hazırda həmin ərazidəki çökmənin aradan qaldırılması üçün əraziyə texnikalar gətirilir. Qısa müddətdə yol bərpa ediləcək".
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












