“Azəravtoyol” şaxtalı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən şaxtalı hava şəraiti yollarda ciddi problemə səbəb olmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəflinin verdiyi məlumata görə, bəzi yolların buz bağlanması müşahidə edilib: “Xüsusi ilə körpüləri, Bakı Dairəvi Yolunu buz bağlayıb. Buz bağlayan yollara duz-qum qarışığı səpilib. Hazırda yollarda hər hansı problem yaşanmır. Əgər hər hansı problem yaranırsa, bu həmin nəqliyyat vasitələrinin qışa hazır olmaması ilə bağlıdır. Bu bizim problem deyil, sürücülərin problemidir. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qışa hazır olmalıdır. Sürücülər yay şinləri ilə hərəkət edirsə, həmin nəqliyyat vasitələri mütləq şəkildə sürüşəcək”.
A.Nəcəfli əlavə edib ki, ötən gecədən başlayaraq soyuq şaxtalı hava şəraiti səbəbindən “Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçib. “Biz hər payız-qış mövsümündə gücləndirilmiş iş rejiminə keçirik. Bununla əlaqədar öncədən tədbirlər planı hazırlanır. Soyuq hava şəraitində, qar yağanda xüsusi ilə nəzarət gücləndirilir. Bütün texnikalar hazır vəziyyətə gətirilir, qum-duz ehtiyatı toplanır”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












