"Azəravtoyol" Səngəçalda piyada keçidinin inşası məsələsinə münasibət bildirdi

Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində piyada keçidinin tikilməsi ilə bağlı sakinlərin müraciətinə baxılıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, sakinlərin müraciətləri əsasında həmin ərazidə piyada zolağı salınıb: "Ərazidə piyada zolağı salınıb, lazım olan yol nişanları quraşdırılıb və avtomobillərin sürət həddi azaldılıb". A.Nəcəfli bildirib ki, hazırda sakinlər avtomobil yolundan heyvanlar üçün keçid və piyadalar üçün yerüstü keçid tələb edirlər: "Yol hərəkətinin təşkili və təhlükəsizliyi "Azəravtoyol" ASC-nin səlahiyyətlərinə aid olan məsələ olmasa da, balansımızda olan yollarda bu qəbildən olan problemlər bizi də narahat edir və bununla bağlı aidiyyəti üzrə mütəmadi təkliflərimizi veririk. Hələ 2015-ci ildə Bakı şəhərində və şəhərətrafı yollarda piyada keçidlərinin tikilməsinə ehtiyac olan yerlərin siyahısını tərtib edərək, sənədləri aidiyyəti üzrə təqdim etmişdik. İlkin olaraq 45 yer müəyyən edilmişdi və bu istiqamətdə işlər davam etdirilir. Təqdim edilən siyahıya uyğun olaraq, hazırda 12 yerdə yerüstü və yeraltı piyada keçidləri inşa edirik. Dekabr ayında onlardan ikisini istifadəyə verdik. Bu siyahı hələ artacaq". Qurum rəsmisi əlavə edib ki, Bakı şəhərində və ətraf yollarda kifayət qədər bu cür yerlər var, yəni keçidlərin zəruri olduğu yerlər: "Lakin o yerlərin hamısında birdən-birə keçid inşa etmək mümkün deyil. Növbəli şəkildə bunu edirik. Sözügedən ərazidə də keçidin tikintisi ilə bağlı müvafiq qurumların qərarı olsa, tikintiyə başlaya bilərik".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












