"Azəravtoyol" su basan avtomobil yollarının siyahısını açıqladı – Bakıda

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti sentyabrın 28-də Bakıda yağan güclü yağış nəticəsində Bakı və Bakıətrafı ərazilərdəki su basmış avtomobil yollarındakı görülən tədbirlərlə bağlı məlumat verib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Avtosfer.az-a verdiyi məlumata görə, yollarda hərəkətin bərpa olunması üçün Fövqəladə Hallar Nazirliyinin briqadaları, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.
Qurum rəsmisi bildirib ki, güclü yağış paytaxtın Ziya Bünyadov prospektində hərəkəti tam dayandırıb və ərazidə avtomobillərin hərəkətində problemlər yaranıb: “Ən böyük problem bu prospektdə idi. Bundan başqa, Heydər Əliyev prospektində, Cavanşir körpüsünün altında da avtomobillərin hərəkəti çətinləşmişdi. Burada əsas yolda deyil, köməkçi yolda problem yaranmışdı”.
A.Nəcəfli bildirib ki, həmçinin Biləcəri qəsəbəsində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedən yolda və Masazır qəsəbəsindəki körpülərin altında da nəqliyyatın hərəkətində çətinliklər yaşanıb. Fövqəladə Hallar Nazirliyinin briqadaları, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları hadisə yerinə səfərbər olunub: “Problem o idi ki, eyni anda o qədər suyu axıtmağa mövcud sistem çatdıra bilmirdi və su qaynayıb yolları basırdı. Görülən tədbirlər nəticəsində yolların yağış barmaqlıqlarına dolmuş zir-zibillər təmizləndi ki, su axa bilsin. Su özü ilə müxtəlif əşyalar gətirir barmaqlıqları tıxandırır. Görülən tədbirlər nəticəsində həmin yollarda gecə saatlarında avtomobillərin hərəkəti tam bərpa olundu. Hazırda heç bir yolda çətinlik yoxdur, avtomobillərin normal hərəkəti təmin olunub”.
Zelenskinin İrəvana rəsmi səfəri Rusiya-Ermənistan münasibətlərinə təsir edəcək? - POLİTOLOQ
Sabah bu yollar bağlı olacaq - SİYAHI
Səbaildəki lyuklardan şikayət olundu; qurum hərəkətə keçdi – FOTO - VİDEO
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO








