"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

Binəqədi rayonu, 9-cu mkrn, Mir Cəlal küçəsində sabahdan etibarən (26.11.2017) yenidənqurma işlərinə start verilir. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, işlərə ilkin olaraq yol ayrıcında (yolun ortasında) yerləşən yüksək gərginlikli işıq dirəklərinin sökülərək xətlərin yerin altına keçirilməsi ilə başlanılır. Bu səbəbdən bu gecədən etibarən ( 25.11-26.11.2017) yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun yalnız bir hərəkət istiqaməti üzrə təqribən 75-80 metrlik hissəsini əhatə edəcək. Hərəkət digər istiqamət üzrə ikitərəfli olaraq təmin olunacaq. Sözügedən işlər yol boyu həyata keçiriləcək.
Bu müddət ərzində əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunmaqla yolda hissə-hissə məhdudlaşdırmalar tətbiq ediləcək. Yüksək gərginlik elektrik xətlərinin yerin altına keçirilməsi bitdikdən sonra küçənin "Azəravtoyol" ASC tərəfindən təmirinə başlanılacaq.
Sürücülərdən Mir Cəlal küçəsində aparılan yenidənqurma işlərini nəzərə alaraq diqqətli olmaları xahiş olunur.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












