“Azəravtoyol” tender keçirir

“Azəravtoyol” ASC tabeliyindəki “Magistral avtomobil yollarının istismarı” MMC-lər üçün nəqliyyat vasitələrinin satın alınması məqsədilə açıq tender elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, Azərbaycan hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu-3” layihəsinin icrası məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit vəsaiti əldə edib və həmin vəsaitin bir hissəsini avtobuslar və kiçik tonnajlı yük maşınları (Lot-1), universal (pikap) və sərnişindaşıyan avtonəqliyyat vasitələri (Lot-2) almaq sərf etmək niyyətindədir. Malların çatdırılma müddəti müqavilə imzalandığı tarixdən etibarən 180 gündür. Tenderdə iştirak haqqı 170 ABŞ dollarıdır. İddiaçılar təkliflərini martın 10-na qədər “Azəravtoyol”un yerləşdiyi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi, 2025-ci məhəllə ünvanına təqdim etməlidirlər. Telefon: (012) 499 79 02
Əgər iddiaçı istehsalçıdırsa son üç il üzrə orta illik dövriyyəsi 2 mln. dollardan az olmamalıdır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












