"Azəravtoyol" yollardakı vəziyyəti açıqladı - Bakıda

Bakıda müşahidə edilən çovğun, qeyri-sabit hava şəraiti ilə bağlı yolların vəziyyəti açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol"dan verilən məlumata görə, hazırda Bakı şəhərində ASC-nin balansında olan küçə və prospektlərdə, həmçinin respublikanın avtomobil yollarında qeyri-sabit hava şəraiti ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə edilmir.
"Cəmiyyətin duz-qum qarışığı səpən maşın-mexanizmləri ötən gün axşam saatlarından etibarən daha çox qar tutan və buzlaşan ərazilərə cəlb olunaraq həmin sahələr nəzarətə götürülüb. Gecə və səhər saatlarında buzlaşmış yollara duz-qum səpilməklə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Axşam saatlarında yolların buzlaşma ehtimalı olduğundan maşın-mexanizmlər hazır vəziyyətdə saxlanılır, problemli ərazilər nəzarət altındadır".
Qurumdan verilən məlumata görə, atılan qabaqlayıcı addımlara baxmayaraq, sürücülər də bu cür hava şəraitində diqqətli olmalıdırlar. "Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












