“Azəravtoyol”da 6 ayın yekunlarına həsr olunmuş iclas keçirilib - FOTO - VİDEO

“Azəravtoyol” ASC-də cari ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, iclas iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. İclası “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov açaraq “Sovetski” layihəsi çərçivəsində əsasən ümumi uzunluğu 7,1 km, asfalt-beton örtüyünün sahəsi 87,6 min m2 təşkil edən Nəriman Nərimanov prospekti, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev və Füzuli küçələrinin yenidən qurulmasının uğurla yekunlaşdırıldığını bildirib. Cəmiyyət sədri deyib ki, 2017-ci ilin 6 ayı ərzində 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri uğurla icra olunur və 2017-ci ilin birinci yarım ili ərzində Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatdırılmış bu cür obyektlərdən 7 avtomobil yolu və 1 körpü layihəsinin açılış mərasimi keçirilib.
S.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin kəndlərarası avtomobil yollarının tikintisi ilə əlaqədar imzaladığı sərəncamlara əsasən, Respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakı şəhərində isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. Bildirilib ki, bu layihələrin həyata keçirilməsi 1,5 milyon əhalinin yaşadığı 466 yaşayış məntəqəsini əhatə edir, onların rahat avtomobil yollarından istifadə etməsinə, yük və sərnişin daşımasının asanlaşmasına, ən əsası isə kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq.
Qeyd edək ki, 2017-ci ilin 6 ayı ərzində ümumi isifadədə olan avtomobil yollarında və Bakı şəhərində 6 yeni avtomobil körpüsü tikilib, 5-i isə təmir edilib.
Elmin
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO










