"Azəravtoyol"da İran nümayəndə heyəti ilə görüş keçirilib

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov İranın nəqliyyat nazirinin müavini, nəqliyyat infrastrukturlarının quraşdırılması və inkişafı şirkətinin müdiri Əli Nurzadın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azəravtoyol”dan Avtosfer.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
S.Məmmədov rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, ölkədə avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, bildirib ki, Azərbaycanın tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolunun da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
Ə.Nurzad da öz növbəsində ölkəsinin yol şəbəkəsi, həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələri barədə məlumat verib və Azərbaycanda olduğu kimi ölkəsində də Astaraya qədər olan avtomobil yolunun yenidən qurulmasının 2017-ci ildə yekunlaşacağını deyib, yaxın gələcəkdə hər iki avtomobil yolunun birləşdirilməsi üçün yeni körpünün inşa olunmasının vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsinin, qarşılıqlı səfərlərinin və keçirilən görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyi, əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi və gələcəkdə avtomobil yolları sahəsində də əməkdaşlıq etməyin zəruri olduğu bildirilib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










