"Azəravtoyol"dan şok yenilik: gözəgörünməz texnikalar qar təmizləyib? - FOTO

Bakıya yağan qar nəticəsində yollar bağlanıb. Şəhərin müxtəlif istiqamətlərində yollarda hərəkət iflic vəziyyətinə düşüb, avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Şəhərin Ziya Bünyadov küçəsi, Mətbuat prospekti istiqamətində yolları tamamilə qar örtüb. Hazırda Bakı-Sumqayıt yolunda qarın çoxluğu səbəbindən tıxac müşahidə edilir. Zığ şossesində, Hövsan, Əhmədli və Günəşli qəsəbələri ərazisində, Binəqədi rayonunda yolların qarla örtülməsi səbəbindən avtomobillərin hərəkəti iflic vəziyyətinə düşüb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə "Sputnik Azərbaycan"a bildirib ki, qurumun bütün texniki vasitələri gecədən səhərə qədər yolları təmizləyib, yollara duz səpilib:
"Azəravtoyol" ASC-nin balansında olan bütün yollarda hal-hazırda da iş gedir. Bütün texniki vasitələr işə cəlb edilib. Qar yağan ərazilər təmizlənir, buz bağlayan yollara duz-qum qarışığı səpilib. Hazırda hər hansı problem müşahidə olunmur".
Nəcəflinin sözlərinə görə, yollarda nəqliyyatın hərəkəti üçün normal şərait var. Qışa tam hazırlıqlı avtomobillər üçün yollarda heç bir problem yaranmır: "Sürüşmə və yaxud digər problemlər yaşayan sürücülər avtomobili qışa hazır olmayan sürücülərdir. Buna görə də yollarda onların problemləri müşahidə edilir. Bəzi sürücülər avtomobillərin təkərini qış təkəri ilə əvəz etmir, elə yay təkəri ilə sürürlər. Bu avtomobillər yollar təmizlənsə də, təmizlənməsə də problem yaşayacaqlar".
Nəcəfli əlavə edib ki, belə avtomobillər həm "Azəravtoyol"un texnikasına, həm də digər sürücülərin hərəkətinə mane olurlar. Bu səbəbdən də "Azəravtoyol" ASC qışa hazırlıqsız avtomobillərin yollara çıxmamasını məsləhət görür".
Qeyd edək ki, qarın yağması ilə marşrut üzrə hərəkət edən avtobusların da hərəkətində məhdudiyyət yaradıb. Taksi xidməti göstərən sürüclər isə gedişhaqqını həddən artıq bahalaşdırıblar. Taksi xidmətlərinin telefon nömrələrinə isə düşmək mümkün deyil.
Baxmayaraq ki, "Azəravtoyol"un nümayəndəsi şəhərin yollarında texnikanın köməyi ilə müvafiq təmizlik işlərinin aparıldığını deyir, əməkdaşlarımız bunun şahidi olmayıblar. Misal üçün, şəkillərdən də gördüyünüz kimi Yasamal ərazisində qartəmizləyən texnikadan əsər-əlamət yoxdur. Yollarda maşınlar və adamlar çətinliklə hərəkət edirlər.















Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










