"Azəravtoyol"dan sürücülərə xəbərdarlıq - DİQQƏT

Sabahdan Bakı Dəmir Yolu Vağzalının yanındakı meydan və yol təmirə bağlanacaq. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, buna səbəb ərazidə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı aparılacaq işlərdir. Təmir işləri Azadlıq prospektindən (C. Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazini əhatə edəcək. Sözügedən ərazidə hərəkətin məhdudlaşdırılması bir neçə günlük tətbiq edilir.
Qeyd edək ki, ərazidə Metronun 28 may stansiyasının əsas çıxışı da yerləşir. Amma təmir işləri metronun işinə təsir etməyəcək. "Bakımetropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev İstiPress-ə açıqlamasında bildirdi ki, metro öz işinə davam edəcək. Sərnişinlər də əsas çıxışdan rahatlıqla istifadə edə biləcəklər. Çünki ərazidə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkidə hərəkət məhdudlaşdırılmayacaq.
Fidan
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












