“Azəravtoyol”un yeni istehsalat bazası fəaliyyətə başlayıb - FOTO + VİDEO

“Azəravtoyol” ASC-nin yeni istehsalat bazası fəaliyyətə başlayıb. Bu barədə Avtosfer.az-a “Azəravtoyol” ASC-dən bildirilib. Məlumata görə, Baza "Bakı 2 nömrəli Yol İstismarı MMC"-nin tərkibində yaradılıb. Bu münasibətlə istehsalat bazasına baxış keçirilib. Tədbirdə ASC-nin sədri Saleh Məmmədov daxil olmaqla "Azəravtoyol"unrəhbər şəxsləri iştirak ediblər. S. Məmmədov ilk öncə istehsalat bazasında çalışan insanların iş şəraiti ilə yaxından tanış olub. Məlumat verilib ki, burda işçilərin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb, otaqlar lazımi avadanlıqlarla təchiz edilib.
Daha sonra bazanın ərazisində qurulan asfalt-beton və emulsiya zavodlarına baxış keçirilib. Beləki, asfalt-beton qarışığı istehsal edən Lintec-3 000 zavodu Almaniya təcrübəsidir və istehsal gücü saatda 240 tona bərabərdir. Zavod həm mavi yanacaq, həm də dizel yanacağı ilə çalışır. Bunun üçün ərazidə 35 tonluq dizel çəni quraşdırılıb, 4 km-ə yaxın yüksək təzyiqli qaz xətti çəkilib.
Bundan başqa, asfalt zavodunun ərazisinə hər birinin tutumu 100 ton olan 11 ədəd bitum çəni qoyulub. Bitum çənlərindən 2-i xüsusi kimyəvi qatqı qatılaraq yüksək keyfiyyətə malik polimer asfalt istehsalı üçün nəzərdə tutulub.
Ərazidə asfalt-beton qarışığının istehsalı üçün kifayət qədər ehtiyat material da toplanıb.
İstehsalat bazasının ərazisində mini emulsiya istehsalı zavodu da fəaliyyət göstərir. Burda asfalt-beton örtüyünün döşənəcəyi sahəyə vurulması üçün nəzərdə tutulmuş xüsusi emulsiya istehsal olunur.
Daha sonra ərazidə fəaliyyət göstərən laboratoriyaya baxış keçirilib. Laboratoriyada hazır asfalt-beton qarışığının, bitumun və bütün növ inert materiallarının keyfiyyətinə və möhkəmliyinə nəzarət etmək mümkündür. Bunun üçün labaratoriya Avropa istehsalı xüsusi avadanlıqlarla təchiz edilib.
İstehsalat bazasına girib-çıxan bütün yük maşınlarının yoxlanılması üçün kompüterləşdirilmiş tərəzi də quraşdırılıb. Tərəzidə bir dəfəyə 80 ton yükü yoxlamaq mümkündür.
Emin
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür


























