"Azərbaycan BTQ-ni reallaşdırmaqla dünyaya öz gücünü sübut edib"

"Yüz illiyin layihəsi adlanan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan Prezidentinin iradəsi və dəstəyi ilə reallaşıb". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu sözləri Tbilisidə jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov deyib. C.Qurbanov deyib: "Azərbaycan bu layihəni reallaşdırmaqla dünyaya sübut etdi ki, nəinki öz ərazisində, hətta başqa dövlətlərin ərazilərində də irimiqyaslı, dünya əhəmiyyətli layihələrin həm maliyyələşdirə, həm də tikintisini həyata keçirə bilər. Bununla Azərbaycan öz qüdrətini göstərib və sözünü deyib".
Onun sözlərinə görə, BTQ-nin tikintisi həm də onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasəti düzgün siyasətdir və respublika düzgün yoldadır. "Bu layihə, eyni zamanda, Azərbaycanın, Gürcüstan və Türkiyənin dostluğunun möhkəmlənməsinə xidmət edir" - deyə, C.Qurbanov vurğulayıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












