Azərbaycan dəmir yolları elektrikləşdirilməlidir - Ekspert

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu hazırda Avropa ilə Asiyanı birləşdirən və sanksiyalara məruz qalmayan yeganə strateji marşrutlardan biridir. Zəngəzur dəhlizinin açılması isə bu xətti tamamlayaraq regionun tranzit imkanlarını genişləndirəcək. Avtosfer.az xəbər verirki, nəqliyyat eksperti Rauf Ağamirzəyev AZƏRTAC-a açıqlamasında bildirib ki, növbəti dörd il ərzində BTQ-nin real potensialı daha aydın görünəcək.
Onun sözlərinə görə, bunun səbəblərindən biri Türkiyədə həyata keçirilən Divin-Qars–Gürcüstan dəmir yolunun ikinci xəttinin elektrikləşdirilməsinə başlanmasıdır.
“Bu yenilik həm xəttin buraxılış qabiliyyətini artıracaq, həm də həmin marşrut üzrə yükdaşıma xərclərinin azalmasına təsir göstərəcək. Elektrikləşdirilmiş dəmir yolu ekoloji cəhətdən təmiz nəqliyyat növü hesab olunur ki, bu da marşrutun uzunmüddətli dövrdə rəqabət qabiliyyətini artırır”, - deyə Rauf Ağamirzəyev vurğulayıb.

Ekspert əlavə edib ki, Ələtdən Gürcüstan limanlarına və Türkiyə sərhədinə qədər olan dəmir yolu artıq tam elektrikləşdirilib və Azərbaycan dəyişən cərəyana keçidi təmin edib: “Bu isə təqribən 20 faiz daha ucuz daşınma deməkdir. Türkiyə ərazisində aparılan layihələr – xüsusilə də Qars–İğdır–Dilucu–Azərbaycan sərhədi dəmir yolunun ikixətli və elektrikləşdirilmiş şəkildə inşası bölgədə yeni tranzit imkanları üçün ciddi siqnaldır. Hazırda Ələtdən Türkiyə sərhədinədək uzanan dəmir yolunun təkmilləşdirilməsinə diqqət artırılıb. Gələcəkdə bu xəttin də tam elektrikləşdirilməsi və dəyişən cərəyana keçidi zəruridir. Azərbaycanın bütün dəmir yolları elektrikləşdirilməlidir ki, ölkə bütün marşrutlarda rəqabətədavamlı olsun və qlobal çağırışlara tam hazır vəziyyətdə qala bilsin”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












