"Azərbaycan Dəmir Yolları" İslam Oyunları ilə bağlı Tədbirlər Planı həyata keçirəcək

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı çoxsaylı idmançıların və qonaqların ölkəyə gəliş-gedişi üçün əsas nəqliyyat infrastrukturları kimi Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı sərnişin stansiyası nəzərdə tutulur. Bu barədə Avtosfer.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib. Məlumatda deyilir ki, oyunlar zamanı dəmir yolu nəqliyyatının tənzimlənməsi üçün ADY sədrinin əmri ilə Tədbirlər Planı hazırlanıb. Plana əsasən, yarışların açılış və bağlanış günlərində, həmçinin həmin mərasimlərin təşkili üzrə məşq (sınaq) tədbirləri günlərində saat 18.00-da saat 01.00-a qədər biletli tamaşaçılar, qonaqlar, habelə müvafiq qaydada akkreditasiyadan keçmiş şəxslər Bakı sərnişin stansiyasından Bakı Metropoliteninin “Koroğlu” stansiyasına qədər KİSS markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınacaq.
Eyni zamanda Bakı vağzalında və qatarlarda quraşdırılmış monitorlarda günün müxtəlif saatlarında Azərbaycanla bağlı tanıtım və IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş reklam çarxları yayımlanacaq. Yarış müddətində dəmir yolu stansiyalarında sıxlığın yaranmasının qarşısını almaq, işi lazımi qaydada həyata keçimək məqsədi ilə sərnişinlərin qarşılanması, yönləndirilməsi, eyni zamanda Bakı sərnişin stansiyasında məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












