“Azərbaycan Dəmir Yolları” keçirdiyi tenderin müddətini artırıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Texniki xidmət və istismar idarəsi bu il fevralın 11-də elan etdiyi xüsusi fəhlə geyimlərinin - işçi əlcəyi, işçi botinkası, siqnal jileti, qış gödəkçəsi, fəhlə-geyim dəsti (kitel və şalvar) və s. satın alınması ilə əlaqədar açıq tenderin müddətini artırıb. Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. Məlumata görə, İddiaçılar ilkin sənədləri martın 1-nə qədər deyil, 27-nə qədər, tender təklifi və bank zəmanətini isə martın 10-na qədər deyil, aprelin 4-nə qədər ADY-yə (Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanına) təqdim edə bilərlər. Əlaqələndirici şəxs Təchizat şöbəsinin rəisi Şahin Paşayevdir. Təkliflərə aprelin 5-də, saat 11:00-da adı çəkilən ünvanda baxılacaq. Qeyd edək ki, tenderdə iştirak haqqı 300 manatdır.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












