"Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Türkmənistanda konfransa qatılacaq

Türkmənistanda davamlı nəqliyyat sistemi üzrə ilk qlobal konfrans keçiriləcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkmənistanın Azərbaycandakı səfirliyinin birinci katibi Batır Recepov keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, forum BMT-nin davamlı və çoxtərəfli nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasına yardım edilməsi, bütün nəqliyyat növləri arasında hərtərəfli əməkdaşlığın təmin edilməsi barədə BMT Baş Assambleyasının 2015-ci ilin dekabr ayında keçirilən 70-ci sessiyasında qəbul edilmiş qətnaməsinə uyğun olaraq təşkil ediləcək.
Konfransın gündəliyinə geniş spektrlə aktual məsələlərin daxil edilməsi təklif olunur.
B.Recepov bildirib ki, Azərbaycan tərəfdən forumda "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov, eləcə də Azərbaycan Nəqliyyat Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri iştirak edəcəklər.
Səfirliyin birinci katibi vurğulayıb ki, iki ölkə arasında nəqliyyat sektorunun inkişafı üçün fəal iş aparılır və bu məsələ Azərbaycan və Türkmənistan tərəfləri arasında baş tutacaq görüşdə müzakirə olunacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












