"Azərbaycan Dəmir Yolları" tender keçirir

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İnfrastruktur Departamenti rabitə, mexaniki təpə avadanlıqları və materialları, KTSM-PONAB avadanlıqlarının (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu) satınalınması ilə əlaqədar açıq tender elan edir. Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, tender iki lot üzrə keçirilir. Lot 1 rabitə avadanlıqları və materiallarının (magistral kabeli, rabitə kabeli, yerli rabitə kabeli, yerli rabitə şəbəkəsi üçün qutular, park rabitəsi üçün gücləndirici, gücləndirici, park rabitəsi üçün rupor elektrodinamik uca səs başlığı, park rabitəsi üçün çöl-danışıq pultu,maqnit-elektrik qoşucu, iş ləvazimatı, kabel üçün mufta, paylayıcı qutu, magistral şkaf, azbest boru, keçid şlaqbaumun mühərriki, elektrod, keçid zəngi, şup, kanalizasiya quyuları üçün qapaqlar) satın alınması, lot 2 isə KTSM-PONAB avadanlıqlarının (balometr, maqnit datçiki, pedal, universal voltmetr), mexaniki təpə avadanlıqları və materialları (montaj naqili, kompressor ehtiyat hissələri, yavaşıdıcıların ehtiyatı hissələri, təzyiqə davamlı rezin boru, su nasosu, əyləc şini, şinin bərkitmə botu) satın alınmasını nəzərdə tutulur.
Hər lot üzrə tenderdə iştirak haqqı 100 manatdır.
Tenderdə iştirak etmək istəyənlər (tender təklifi və bank zəmanəti istisna olmaqla) zəruri sənədləri 18 oktyabr saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 26 oktyabr saat 18:00-dək, Bakı şəhəri, Dilarə Əliyeva 230 ünvanına (ADY-nin İnfrastruktur Departamentinə) təqdim etməlidirlər.
Tender təkliflərinə oktyabrın 27-də, saat 11:00-da qeyd edilən ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO










