“Azərbaycan Dəmir Yolları”nda AİB-lə görüş keçirilib

Noyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının vitse-prezidenti Vencay Zanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyindən Avtosfer.az-a verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, habelə Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infratrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
Görüş zamanı həmçinin ortamüddətli pespektivdə AİB ilə “ADY” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib, habelə Cəmiyyət sədri AİB-nin 2017-2019-cu illər üzrə, ölkə əməkdaşlıq strategiyası çərçivəsində, Azərbaycan Dəmir Yolu Şəbəkəsinin İnkişafı İnvestisiya Layihəsinə görə ilkin kredit portfelinin təsdiqi üçün AİB-in vitse-prezidentinə minnətdarlığını bildirib.
Asiya İnkişaf Bankının vitse-prezidenti Vencay Zanq qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institutsional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu bildirib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












