“Azərbaycan Dəmir Yolları”nda İsveç nümayəndə heyəti ilə görüş - FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrədə yerləşən “InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Görüş zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Daha sonra Astara (Azərbaycan) – Astara (İran) və Bakı-Tbilisi-Qars layihələri üzrə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb. Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Astara stansiyasından İİR sərhədinədək 8,3 km uzunluğunda yeni dəmir yolu xətti çəkilib. Astara çayı üzərində tikilən körpüdə son tamamlama işləri görülür. “InterRail Holding AG” şirkətinin Direktorlar Şurasının sədri Hans Volter Reynhard çıxış edərək hər iki layihənin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Emin
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












