“Azərbaycan Dəmir Yolları”nın nizamnamə kapitalı artırılıb

Nazirlər Kabineti “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi haqqında 15 fevral 2010-cu il tarixli qərarına dəyişilik edib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, yeni qərara əsasən, Cəmiyyətin nizamnamə kapitalı 79 915 594 manat və yaxud 11% artırılaraq 806 061 960 manata çatdırılıb.
Bunun üçün ADY-nin dövriyyədə olan, hər birinin nominal dəyəri 2 manat olan səhmlərinin sayı 39 957 797 ədəd artırılaraq 403 030 980-ə çatdırılıb. Səhmdar cəmiyyətə, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi və Maliyyə Bazarlarına Nəzarət Palatasına bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, bu, avqust ayında dövlətə məxsus səhmdar cəmiyyətlərin nizamnamə kapitalının artırılması ilə bağlı ikinci haldır. Azərbaycan hökuməti təxminən 2 həftə öncə "Azəristiliktəchizat" ASC-nin nizamnaməsinə dəyişiklik edərək, onun nizamnamə kapitalını 7,1 dəfə artırıb və 136 684 980 manata çatdırıb. Kapital artımı səhmdar cəmiyyətin 2016-cı ilin yekununda zərəri qədər olub. Başqa sözlə, "Azəristiliktəchizat"ın zərəri örtülüb.
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO










