“Azərbaycan Dəmir Yolları”nın tabeliyində yeni şirkət yaradılıb

Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, “Azərbaycan Dəmir Yolları” QSC–nin (ADY) tabeliyində “ADY Konteyner” MMC–nin yaradılması barədə qərar qəbul edilib. Avtosfer.az xəbər verir ki, bu barədə ADY-nin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, yeni şirkət dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin alınması, istifadə edilməsi və istismarının təmin edilməsi, konteynerlərlə bağlı bütün növ xidmətlərin həyata keçirilməsi məqsədilə yaradılıb. Azərbaycanda olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımalarını “ADY Konteyner” idarə edir. Şirkət Xəzər dənizi, Qara dəniz regionu, Avropa, Orta Asiya, Uzaq Şərq və Fars körfəzi ölkələrindən konteyner daşımaları həyata keçirir, beynəlxalq standartlara uyğun logistika xidmətləri göstərir.
“ADY Konteyner” həmçinin, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Azərbaycan üzərindən konteynerlərin daşınması üzrə operatordur. Bu, 2017–ci il, sentyabrın 8–də, Ukraynanın Odessa şəhərində baş tutan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi iclasında qəbul edilən sənəddə öz əksini tapıb. Sənəddə “ADY Konteyner”in Byynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun üzvləri sırasına daxil edilməsi barədə qərar qəbul edildiyi göstərilir. Təsadüfi deyil ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola çıxan 32 konteynerdən ibarət ilk yük qatarının Azərbaycan üzərindən ekspeditoru da məhz “ADY Konteyner”dir.
Emin
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...
SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA
Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı










