Azərbaycan dəmir yolu ilə daşımalardan gəlirlərini artırıb

Azərbaycan dəmir yolu nəqliyyatı ilə yük daşınmasından 2016-cı ildə 262,5 mln. manat, sənişin daşınmasından 13,2 mln. manat gəlir əldə edilib. Bu, 2015-ci illə müqayisədə müvafiq olaraq 16,2% və 8,3% çoxdur. Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Hesabatda qeyd olunub ki, Azərbaycanın dəmir yolu nəqliyyatında 2016-cı ildə əvvəlki ilə nisbətən sərnişin daşınması 1,8% artıb, daşınan yüklərin həcmi isə 10,6% azalıb. Yük dövriyyəsi 18,0%, sərnişin dövriyyəsi isə 9,7% azalmaqla, müvafiq olaraq 5 092,6 mln. ton/km və 446,7 mln. sərnişin/km təşkil edib. Həmin müddət ərzində ümumi yük daşımalarının 73,2%-i, yük dövriyyəsinin 80,7%-i beynəlxalq yük daşımalarının payına düşüb. Ötən il ölkə ərazisi ilə daşınan tranzit yüklərin həcmi 3,8 mln. ton olmaqla, ümumi yük daşımalarının 24,8%-ni təşkil edib.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












