Azərbaycan dəmiryolçuları Almaniya təcrübəsini öyrənir

“Azərbaycan Dəmir Yolları” QSC-də (QSC) Almaniyanın "Siemens" şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri Vilyam Vilsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlar, “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin reallaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
O bildirib ki, "Azərbaycan Dəmir Yolları" ilə "Siemens" şirkəti arasında əlaqələrin dərin kökləri var: "Hələ 2001-2003-cü illərdə bu şirkət Bakı-Böyük Kəsik arasında fibro-optik rabitə sisteminin çəkilməsini həyata keçirib. Bu əlaqələr indi də davam edir". Görüşdə Azərbaycan dəmir yolları ilə tanışlıq, strateji əməkdaşlıq imkanları müzakirə olunub.
Almaniyanın "Siemens" şirkətinin magistral nəqliyyat və satış üzrə rəhbəri V. Vilson Azərbaycan dəmir yolunun beynəlxalq və regional nəqliyyat layihələrində aktiv iştirakından, aparılan islahatlardan məmnun qaldığını bildirib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Sonra Almaniyanın "Siemens" və AZƏRSİS-Bakı şirkətləri, SİS-Minsk şirkətlər qrupunun təşəbbüsü ilə “Azərbaycan Dəmir Yolları” QSC üçün birgünlük seminar keçirilib.
Seminarın əsas məqsədi mərkəzləşdirmə və bloklama sistemləri sahəsində layihələrin reallışdırılması, həmçinin kooperasiya imkanları məsələləri ilə tanışlıq olub.
Qeyd edək ki, "Siemens" şirkəti dəmir yolu nəqliyyatı üçün lokomotiv, elektrikləşdirmə, həmçinin mərkəzləşdirmə və bloklama sistemlərinin istehsalı üzrə dünya lideridir. SİS-Mİnsk şirkətlər qrupu nəqliyyat sistemləri, elektrik enerjisi, avtomatlaşdırma və telekommunikasiya sahəsində MDB məkanında fəaliyyət göstərən iri sistem inteqratorudur.
Seminarın gedişində Mərkəzləşdirmə və bloklama sistemlərinin reallaşdırılması sahəsində mövcud imkanlar və ümumi konsepsiya, Layihələndirmə və birgə fəaliyyət, ixrac proqramında iştirak məsələləri müzakirə olunub.
Seminarın proqramı çərçivəsində rəhbər işçilər arasında danışıqlar aparılıb, texniki mütəxəssislərin təqdimatına baxış keçirilib, həmçinin dəyirmi masalar təşkil olunub.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










