Azərbaycan dəmiryolçuları Vyanaya səfər ediblər

Bu gün Vyanada (Avstriya) “Strateji əməkdaşlıq 1520: Mərkəzi Avropa” beynəlxalq dəmiryol biznes-forumu işə başlayıb. “Report”un verdiyi xəbərə görə, forumda Avstriya, Belarus, İtaliya, Azərbaycan, Qazaxıstan, Rusiya və digər ölkələrin dəmir yolu üzrə top-menecerləri iştirak edirlər. Forumda Avropa və MDB ölkələrinin dəmiryolçuları əsas infrstruktur layihələri və onlara investisiya cəlbi ilə bağlı məsələləri müzakirə edəcəklər. “Avrasiya dəhlizi” və “Yeni İpək Yolu", bazardakı vəsaitin infrastruktur layihələrinə yönəlməsi üçün atılmalı olan addımlar müzakirə mövzusu olacaq. Rusiya və Avstriya üçün əsas məsələlərdən biri Vyana və Bratislavaya qədər dəmiryolu xəttinin tikintisi ilə yeni Avrasiya nəqliyyat dəhlizinin yaradılmasıdır. Forum fevralın 22-də də davam edəcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












