Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının səlahiyyəti artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamda dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının səlahiyyəti artırılıb. Sənədə görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin səhmləri dövlətə məxsus olduğu üçün dövlətin adından müəyyən səlahiyyətlərin bir hissəsinin həyata keçirilməsi Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına həvalə edilir. Administrasiya cəmiyyətin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi, mülki aviasiyanın inkişafına dair təkliflərinə baxılması, illik hesabatlarının və mühasibat balanslarının qəbul edilməsi səlahiyyətinə malikdir.
Dəyişikliklə, Mülki Aviasiya Administrasiyasına Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti də verilib.
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












