Azərbaycan-Ermənistan: Sülhə gedən yol və onun əleyhdarları - VİDEO

"Bizim nəslimiz bu gün dünyada baş verən hadisələrin şahidi, bəzən isə birbaşa iştirakçısıdır. Ömrümüz ərzində bir çox regional konstruksiyaları alt-üst edən, dünyaya dair əvvəlki baxışları dəyişən, həqiqətən də taleyüklü proseslərə şahidlik etmişik. Üstəlik, gözümüzün önündə demək olar ki, bütün dünya nizamının yenidən formatlanması baş verir. Cəmi 10 il əvvəl ağlasığmaz görünən hadisələr bu gün pəncərələrimizin önündə, birbaşa baxışlarımız qarşısında cərəyan edir. Bəşəriyyət yeni meyilləri yenidən düşünməyə, hətta ümumiyyətlə bunların "trendlər" olub-olmadığını, yoxsa tam bir xaosun hökm sürdüyünü anlamağa belə macal tapmır".
Avtosfer.az xəbər verir ki, bu fikirlər "Caliber"in "YouTube" kanalının yeni süjetində qeyd olunub.
"Azərbaycan xalqı üçün müasir dövrün mərhələ dəyişikliyini simvolizə edən əsas hadisə, şübhəsiz ki, işğal olunmuş torpaqların azad edilməsi oldu. 2023-cü ilin sentyabrında antiterror tədbirlərinin başa çatması ilə ölkəmiz müstəqilliyin bərpasından bəri ilk dəfə özü üçün yeni, indiyədək tanımadığı bir vəziyyəti yaşadı - tam ərazi bütövlüyü şəraitində həyat.
1991-ci ildən bəri ilk dəfə olaraq Azərbaycan ərazisində dövlət strukturlarının əlçatmaz olduğu heç bir "boz zona" qalmadı. Bu, təkcə yeni deyil, həm də son dərəcə dəyərli bir reallıqdır; onun sevincini dərk etmək isə hələ də vaxtilə sovet imperiyasının tərkibində olmuş bir sıra digər ölkələr - məsələn, Gürcüstan, Ukrayna, Moldova üçün əlçatmaz olaraq qalır. Həmin ölkələrin ərazilərində imperiya siyasətinin "parçala və hökm sür" prinsiplərindən qalan metastazlar hələ də mövcuddur. Yaxın keçmişədək bu kədərli siyahıda Azərbaycanın da adı yer alırdı" , - deyə süjetdə vurğulanır.
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO
Paytaxtın tıxac problemi necə həll olunacaq? – UNİKAL TƏKLİF
ABŞ Ərəb dünyasından sonra bu ölkələrə “bahar” gətirməyi planlayır – Politoloq AÇIQLADI
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Dövlət Türizm Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - ADLAR
İrana təşkil edilən hücumlar Azərbaycana da mənfi təsir edəcək - EKSPERT
Pakistan–Əfqanıstan münaqişəsi buna görə yaranıb – Politoloq səbəbləri AÇIQLADI
Gənc Tamaşaçılar Teatrının üstündə restoran üçün teras tikilir – Memardan İDDİA - FOTOSESSİYA
İranın öldürülən generalları - SİYAHI








