Azərbaycan əsgərinin meyiti tapıldı - Ermənistanla sərhəddə

“Ermənistana aid kütləvi informasiya vasitələrində bu ölkənin Müdafiə Nazirliyinə istinadən yayılmış məlumata əsasən, 23 noyabr 2017-ci il tarixdə Ermənistan - Azərbaycan sərhədinin cənub qərb istiqamətində, qoşunların təmas xəttində Azərbaycan hərbçisinin meyitinin aşkarlandığı bildirilib”. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından daxil olan məlumatda bildirilir. “Yayılmış məlumatın araşdırılması və təsdiq ediləcəyi təqdirdə meyitin qaytarılması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlara müraciət edilib. Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”,- deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı informasiyaya əsasən, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərəkrayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












