Azərbaycan FHN-i Avstriyanın DİN-i ilə Qəbələdə birgə təlimlər keçirir - FOTO

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi (DİN) arasında əməkdaşlıq çərçivəsində fevralın 12-dən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən verilən məlumata görə, təlimlərə nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək. Təlimlər fevral ayının 19-dək davam edəcək.
İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY














